AZ

Bu ölkədə yeni immiqrasiya qaydalarını pozan turistləri 20 il həbs gözləyir

Məşhur turistik bölgə olan Bali adasının yerləşdiyi İndoneziya hakimiyyəti immiqrasiya qanunlarını sərtləşdirməyə qərar verib. Xarici KİV-in yaydığı məlumata görə, bu qanunları pozan turistlər 20 ilə qədər həbs cəzası alacaqlar.

Xüsusilə, yeni qanun İndoneziyada qalma müddətinin pozulmasına görə cəzanı 6-12 aydan 10-20 ilə qədər artırır. Üstəlik, cinayətdə şübhəli bilinən və beş ildən çox müddətə azadlıqdan məhrum etmə kimi ciddi pozuntulara yol verən əcnəbiləri ömürlük həbs cəzası da gözləyir.

NusaBali-nin yaydığı məlumata görə, bu yenilik bütün ölkə ərazisində eyni vaxtda həyata keçirilən və xarici vətəndaşlar üzərində nəzarəti gücləndirmək məqsədi daşıyan “Jagratara 2024” əməliyyatı çərçivəsində tətbiq edilib. Qanunu pozanları tutmaq üçün əlavə 125 müfəttiş İndoneziya şəhərlərinin küçələrinə çıxacaq.

Tural

Seçilən
9
news365.az

1Mənbələr