AZ

Putinin Ukraynanı işğal etmək planı barədə ABŞ-a Kremldəki agent xəbər verib- VUDVORD

Rusiya hakimiyyətinin ən yüksək eşelonlarında mənbələrin olması ABŞ-a Rusiya qoşunlarının Ukraynaya yaxınlaşan işğalı ilə bağlı kifayət qədər inandırıcı məlumatlar toplamağa kömək etdi.

Azpost.info xəbər verir ki, “Vaşinqton Post”un keçmiş əməkdaşı, “Watergate” qalmaqalını araşdırması ilə məşhurlaşan Bob Vudvord bu barədə yeni “Müharibə” kitabında yazır.

“2021-ci ilin oktyabrına qədər Birləşmiş Ştatlar Vladimir Putinin Ukraynaya 175 000 hərbçi göndərməyi planlaşdırdığını inandırıcı şəkildə göstərən çoxlu məlumatlara sahib idi. Bu, inanılmaz nailiyyət idi. Məlumatı ABŞ kəşfiyyatı, o cümlədən Kremldəki mənbə toplamışdı”, – Vudvord qeyd edir.

Vudvord yazır: “Mənbələr ən qiymətli və məxfi kadrlar idi. Sanki düşmən komandirinin çadırına girib xəritələrin üstündə əyilib bir neçə cəbhədə briqadaların sayını, hərəkətini, işğal zamanı planlaşdırılan bütün hərəkətləri təhlil edirdilər. Prezident Co Bayden və müşavirləri Putinin niyyətlərini ciddi qəbul etdilər, lakin yenə də onlara inanmaqda çətinlik çəkdilər. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Baydenə “Putinin etməyi planlaşdırdığı budur” dedi. “Bu, sadəcə dəlilik olar” deyə prezident cavab verdi.

Son ana qədər Avropa İttifaqı Rusiyanın müharibəyə başlayacağına inanmırdı. 2022-ci ilin oktyabrında Jozep Borrell “amerikalılar bizə demişdirlər ki, ruslar hücum edəcəklər və biz həqiqətən də buna inanmaq istəmirdik. Çox yaxşı xatırlayıram ki, ABŞ dövlət katibi Entoni Blinken mənə zəng edib: “bu həftə sonu baş verəcək” demişdi. İki gün sonra, səhər saat 5-də Rusiya Kiyevi bombalamağa başladı” demişdi.

Bayden 2021-ci ilin iyununda, Rusiyanın yazda Ukrayna sərhədinə on minlərlə əsgər və hərbi texnika yerləşdirməsindən sonra gərginliyi azaltmağa çalışdı. Baydenin Putinlə Cenevrədəki görüşündən sonra bəzi qoşunlar çıxarıldı. Lakin payızda Vaşinqton Putinin öz niyyətindən əl çəkmədiyini anladı və görünməmiş addım ataraq kəşfiyyat məlumatlarını dərc etməyə və Kremli açıq şəkildə işğala hazırlaşmaqda ittiham etməyə başladı.
Bayden 2021-ci ilin dekabrında Putinlə iki dəfə danışdı, ABŞ kəşfiyyatının sahib olduğu bilgilər haqqında məlumat verdi. Prezidentlər əvvəlcə videokonfrans vasitəsilə danışdılar, ardınca 50 dəqiqəlik qızğın söhbət oldu. Söhbət yüksək səslə aparıldı və Putin bir anda nüvə müharibəsi riskini hədələyici şəkildə bəyan etdi”.

Vudvord bildirir ki, Bayden Putinə nüvə müharibəsində qalib olmağın mümkün olmadığını xatırladıb. Onun sözlərinə görə, Ukraynada müharibə başlayandan az sonra ABŞ prezidenti Oval kabinetdə keçirdiyi görüşdə müşavirlərinə deyib: Putin şərdir, biz şərin təcəssümü ilə qarşılaşırıq. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, Ukrayna prezidenti Vladimir Zelenski də hücuma az inanırdı. Baxmayaraq ki, ABŞ-ın vitse-prezidenti Kamala Harris hətta 2022-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransında ona demişdi ki, bu, onların sonuncu göürüşü ola bilər”.

Azpost.info

Seçilən
24
azpost.info

1Mənbələr