AZ

2030-cu ilə qədər səfərlərin 30-40 faizi fərdi nəqliyyatla ediləcək - Anar Rzayev

2030-cu ilə qədər səfərlərin 30-40 faizi fərdi nəqliyyatla, yerdə qalanı ictimai nəqliyyat və mikromobilliklə ediləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev AYNA-da yol hərəkətinin təşkili istiqamətində yeni layihə ilə bağlı ictimai dinləmədə deyib.

O bildirib ki, daha yaxşı ictimai nəqliyyatın təşkilinə nail olanda 90% əhalinin 500 m piyada məsafəsində ictimai nəqliyyata çıxışı olacaq.

"100 km-dən artıq velosiped yolları və rəqəmsal həllər tətbiq ediləcək. İş yerlərinə və əsas maraq nöqtələrinə təxminən 20 dəqiqədə çatmaq olacaq (Londonda 30 dəqiqə). Daha yüksək təhlükəsizlik yol-nəqliyyat hadisələrində 100 min nəfərə düşən ölüm sayı 4-dən az olacaq. Səfər edənlərin adam başına düşən illik CO₂ emissiyaları 600 kq-dan az olacaq və bunun müsbət sosial-iqtisadi təsirləri olur.

Bakı ən yaxşı 30 şəhər siyahısına daxil olur.

Mobillik göstəriciləri ümumi şəhər reytinqinə əhəmiyyətli təsir göstərir", - deyə o qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
5
4
milli.az

5Mənbələr