AZ

Avropa Birliyində mübahisə: fon der Leyen Viktor Orbanı tənqid etdi - SƏBƏB

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Macarıstanın baş naziri Viktor Orbanla debatda onun Ukraynadakı münaqişənin həlli istiqamətindəki səylərini sərt şəkildə tənqid edib.

Modern.az-ın məlumatına görə, Ursula fon der Leyen deyib ki, Kiyevə nəyin bahasına olursa-olsun bütün sahələrdə dəstəyin davam etdirilməsi vacibdir.

Avropa Parlamentində çıxış edən Macarıstanın baş naziri Orban Budapeştin sülh səylərinin tənqidi ilə razılaşmayıb.

Fon der Leyen Ukraynanı dəstəkləmək zərurətindən danışaraq, Macarıstanın Avropa Parlamenti Şurasındakı sədrliyini tənqid edib.

“Ukrayna və Avropada ədalətli sülhə nail olmağın yeganə yolu var. Biz Ukrayna müqavimətini gücləndirməyə davam etməliyik, ona siyasi, maliyyə və hərbi dəstək verməliyik”, - deyə fon der Leyen bildirib.

Onun fikrincə, avropalılar Ukraynanın Moskva ilə münaqişədə təslim olmasını istəmirlər.

Öz növbəsində, Orban Avropa Birliyinin Kiyevə dəstək planının dalana dirəndiyini bildirib və kursu dəyişməyə çağırıb.

phrase_var_article.chosen
32
26
modern.az

10phrase_var_article.sources