AZ

Unicapital: Azərbaycanda beynəlxalq yaşıl maliyyə standartlarına uyğun ilk istiqraz buraxılır

Unicapital dayanıqlı yatırımların inkişafına töhfə vermək məqsədilə kapital bazarında yenilik edərək, investorlara daha təmiz gələcəyə yatırım etmək imkanı yaradır.

Belə ki, yaxın günlərdə “Unibank KB” ASC tərəfindən təqdim edilən yüksək gəlirli manat istiqrazlarının buraxılışı baş tutacaq. Sözügedən qiymətli kağızlar beynəlxalq yaşıl maliyyə standartlarına uyğun olaraq buraxılan maliyyə alətidir.

Faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazların tədavül müddəti 36 ay, nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 11,5%, kupon ödəniş dövrü hər 3 aydan bir, emissiya həcmi isə 20 milyon manat təşkil edir. Həmçinin hər ilin sonunda qiymətli kağızlar nominal dəyəri üzrə emitentə geri satıla bilər.

İstiqrazlar həm fiziki, həm də hüquqi şəxslər tərəfindən əldə oluna bilər. Ekoloji təmiz gələcəyə yatırım etmək istəyən investorlar müraciət üçün linkə keçid edə bilərlər: https://www.instagram.com/p/DA5vYb4swqb/

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
17
3
banco.az

4Mənbələr