AZ

İsmayıl Qaani öldürülüb?

İranın İnqilab Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandanı İsmayıl Qaaninin öldürülməsi barədə xəbər təkzib edilib.

“Cebheinfo.az”-ın məlumatına görə, general İbrahim Cəbari jurnalistlərə açıqlamasında belə deyib.

O, Qaaninin səhhətinin qaydasında olduğunu və yaxın günlərdə ali rəhbər Ayətullah Seyid Əli Xamaneyidən mükafat olaraq “Zəfər” nişanı alacağını bildirib. 

Qeyd edək ki, İsmayıl Qaaninin İsrailin raket zərbələri nəticəsində “Hizbullah”ın yeni baş katibi Seyid Haşim Səfiəddinlə birlikdə öldürüldüyü və yaralandığına dair son günlər müxtəlif xəbərlər yayılıb. 

Lakin oktabrın 8-də briqada generalı Qaaninin adından Fələstin uşaqları ilə 7-ci həmrəylik konfransının iştirakçılarına müraciət ünvanlanıb. 

İranın İnqilab Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandanı bütün konfrans iştirakçılarına salamlarını çatdırıb.

O, daha vacib iclasda iştirak etdiyi üçün konfransa qatıla bilmədiyini deyərək iştirakçılardan üzr istəyib.

Seçilən
18
cebheinfo.az

1Mənbələr