AZ

ABŞ-nin Ermənistandakı səfirliyi Bortnikova cavab verdi 

Bir neçə gün əvvəl Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov bildirmişdi ki, ABŞ Cənubi Qafqazda sabitliyin yaranmasında maraqlı deyil: “Qərb Azərbaycan-Ermənistan nizamlanması prosesinə rəhbərlik etməyə və regionda özünün “sülhməramlı” kontingentinin yerləşdirilməsinə nail olmağa çalışır”.

Rusiya rəsmisinin bu bəyanatına ABŞ-nin  Ermənistandakı səfirliyi dərhal reaksiya verib. Diplomatik nümayəndəliyin cavabında deyilir: “Bizim dəstəyimiz aydındır. Həmin ölkələrə sülh, sabitlik və rifahı möhkəmləndirmələrini tövsiyyə edirik və məqsədimiz də budur”.

Qısa, amma diplomatik formadakı bu cavabın arxasında çox böyük hiylə gizlənir. Regiona təsir etməyə çalışan Amerika Ermənistandan alət kimi istifadə edir və öz çirkin əməllərini həyata keçirməyə çalışır.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
19
konkret.az

1Mənbələr