AZ

Koul Palmer ötən mövsümün ən yaxşı ingilis futbolçusu seçildi

“Çelsi”nin ingilis hücumameylli yarımmüdafiəçisi Koul Palmer 2023/2024-cü illər mövsümünün ən yaxşı ingilis futbolçusu seçilib.

Arena.az bu barədə İngiltərə yığmasının mətbuat xidmətinə istinadən məlumat verir.

Müvafiq mükafat uğrunda mübarizədə Palmer “Real”ın yarımmüdafiəçisi Cud Bellingemi, həmçinin “Arsenal”ın cinah hücumçusu Bukayo Sakanı geridə qoyub.

Koul Palmer “Mançester Siti”nin yetirməsidir. İngilis yarımmüdafiəçi “Çelsi”yə 2023-cü ilin sentyabr ayında 47 milyon avro məbləğ müqabilində məhz Mançester klubundan keçib.

Yarımmüdafiəçinin London təmsilçisi ilə müqaviləsi 2033-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Palmer “zadəganlar”ın heyətində bütün yarışlarda 9 oyuna çıxıb, 6 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib. Palmer “Çelsi”nin heyətində ümumilikdə 54 oyun keçirib, 31 qol vurub, 20 məhsular ötürmə verib.

Koul Palmer 2023-cü ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 9 oyun keçirib, 2 qol vurub, 1 məhsudlar ötürmə verib.

“Transfermarkt” internet-portalı 22 yaşlı ingilis hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
28
arena.az

1Mənbələr