AZ

Mario Balotelli A Seriyasına qayıda bilər

İtaliya millisinin sabiq futbolçusu Mario Balotelli A seriyasına qayıtmaq üzrədir.

90deqiqe.Az xəbər verir ki, 34 yaşlı hücumçu “Cenoa” ilə danışıqlar aparır.

Eyni zamanda, “Torino” klubu da onunla maraqlanır.

Qeyd edək ki, Mario “Adana Demirspor”dan ayrıldıqdan sonra azad agent statusuna malikdir və hazırda klubsuzdur.

 

 

Seçilən
30
90deqiqe.az

1Mənbələr