AZ

"Əjdaha dişləri” Rusiya ilə sərhəddə - Daha bir ölkə müharibəyə hazırlaşır

Litva hökuməti Rusiya ilə sərhəddə, Neman çayı üzərindəki körpüdə tank əleyhinə maneələr (“Əjdaha dişləri”) quraşdırıb. Bu ərazidə körpüləri bloklamaq və minalamaq da planlaşdırılır.

Bakupost.az Litva KİV-ə istinadən xəbər verir ki, bu barədə adı çəkilən ölkənin müdafiə naziri Laurinas Kasçyunas bildirib.

“Biz Neman üzərindən Kalininqrad vilayətinə gedən daha bir körpünü istehkamlarla bağladıq. "Əjdaha Dişləri" daha sonra ağır dəmir maneələrlə möhkəmləndiriləcək. Litva ordusu indi irəliləyən ağır texnikanın qarşısını necə almağı məşq edir. İstehkam işləri planlaşdırıldığı kimi davam edir”, - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, bəzi körpülər tank əleyhinə "kirpi" və “Əjdaha dişləri” ilə möhkəmləndiriləcək, digər körpülərin minalanması isə planlaşdırılır.

Sentyabrın əvvəlindən Litva artıq Kalininqrad vilayəti ilə sərhəddə tank əleyhinə istehkamlar quraşdırmağa başlayıb. Sovetsk şəhərinin Litva ilə sərhədində istehkamlar peyda olub.

Zaur
BakuPost
Seçilən
97
bakupost.az

1Mənbələr