AZ

Gənclər və idman nazirliyi ilə SESRIC arasında əməkdaşlıq müzakirə olunub

Bakı, 9 oktyabr, AZƏRTAC

Gənclər və İdman Nazirliyində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) baş direktoru Zəhra Zümrüd Səlçukla görüş olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazir Fərid Qayıbov gənclər siyasəti və idman sahəsində görülən işlər, qazanılan uğurlar barədə məlumat verib. Baş direktor isə öz növbəsində rəhbəri olduğu qurumun fəaliyyəti haqqında danışıb.

Görüşdə nazirliklə SESRIC arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Seçilən
24
2
azertag.az

3Mənbələr