AZ

İran İsrailin xeyli sayda “F-35” təyyarəsini məhv edib

İran

İranın hərbi obyektlərə qarşı son raket hücumu zamanı İsrailin xeyli sayda “F-35” qırıcısı məhv edilib.

Reyting.az
xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirinin müşaviri İbrahim Cabbari deyib.

Çərşənbə günü Tehranda keçirilən konfransda briqada generalı İbrahim Cabbari bildirib ki, İranın oktyabrın 1-də İsrailə atdığı raketlərin 90 faizi hədəfləri uğurla vurub.

Onun sözlərinə görə, raket zərbəsi zamanı İran İnqilabı Keşikçiləri Korpusu eyni vaxtda İsrail rejiminin hava hücumundan müdafiə sistemlərinə qarşı kibertəhlükəsizlik və elektron müharibə əməliyyatları həyata keçirərək, raketlərin öz hədəflərini vurmasına şərait yaradıb.

Cabbari əlavə edib ki, İranın ballistik raketləri İsrailin kritik bazalarını və “F-35” qırıcılarının yerləşdiyi anqarları uğurla vuraraq, bu hərbi təyyarələrin əhəmiyyətli hissəsini məhv edib.

Briqada generalı iddia edir ki, İsrail və ABŞ-nın İranın hücumunu dəf etmək cəhdləri nəticəsiz qalıb.

ELÇİN
Seçilən
13
9
reyting.az

10Mənbələr