AZ

Azərbaycan tribunaları niyə boş qalıb?

Azərbaycan çempionatına azarkeş marağı artıb. Bunun bariz nümunəsi son turlarda keçirilən qarşılaşmalardır. Digər liqalarla nisbətdə az səslənsə də, keçmisə baxdıqda ötən tur liqamızda 12400 tamaşaçı qatılıb. 

News365.az xəbər verir ki, idman eksperti Kənan Məstəliyev bu artımı bir sıra amillərlə əlaqələndirir. 

"20 komandanın çıxış etdiyi TFF 1. Lig-də, yəni Superliqadan sonrakı Liqanın son turunda 10 oyun oynanılıb. Bu matçları tribunadan cəmi 18 814 azarkeş izləyib. Bizim Premyer Liqanın son turunda isə 5 matç olub və bu matçlara toplam 12 400 tamaşaçı gəlib. Deməli, lazım olanda, istəyəndə, düzgün iş və futbol olanda ortaya nəsə çıxarmaq olurmuş. Bəli, bu rəqəm əsasən Tovuz və Sumqayıt camaatı hesabına formalaşıb, amma bu bir göstəricidi. Qərb təmsilçisi liderlər qrupundadı, az qala çempionluğa oynayır. Sumqayıtda isə elə Tovuzda olduğu kimi əsl, keyfiyyətli futbolun nə olduğunu bilirlər, dəyər verirlər. Ona görə də "Qarabağ"la matçda tribunalar dolmuşdu. "Səbail", "Araz-Naxçıvan" kimi feyk klublar da tarixin yaddaşına köçsə və yerinə real futbol klubları gəlsəydi, ölkədə futbola rəng gələrdi."

Seçilən
8
news365.az

1Mənbələr