AZ

"Avropa çempionunun müqaviləsiz qalması normal deyil" - İspaniya millisinin baş məşqçisi

style='margin-bottom:10px;'>

İspaniya millisinin baş məşqçisi Luis De La Fuente müqaviləsi ilə bağlı sualları cavablandırıb. 

QOL.az “Marca”ya istinadən xəbər verir ki, 63 yaşlı mütəxəssis deyib: “Avropa çempionunun müqaviləsiz qalması normal deyil. Bilmirəm, həmin şey Luis Enrike ilə olardı ya yox... Avropa çempionu müqaviləsiz qalırsa, bu, normal deyil. Yəni mən İspaniyanın U-21 millisindən transfer olunduğum vaxtdakı şərtlərlə işləyirəm... İnsaf naminə, təklif gəlsəydi, artıq müqaviləni bağlayardım”.

Qeyd edək ki, Luis De La Fuentenin İspaniya millisi ilə müqaviləsi 2024-cü ilin sonuna qədərdir. O, İspaniya millisi ilə Avro-2024 turnirin qalibi olub.

Seçilən
10
teleqraf.com

1Mənbələr