AZ

COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib

Bakı. Trend:

COP29 Azərbaycan Əməliyyat Şirkəti COP29 iqlim konfransıçərçivəsində fəaliyyət göstərəcək Yaşıl Zona üzrə mediaakkreditasiya portalını istifadəyə verib.

Trend xəbər verir ki, bu ilin11-22 noyabr tarixlərində ölkəmizin ev sahibliyi edəcəyi COP29iqlim konfransı çərçivəsində COP29 Sədrliyi tərəfindən təşkil vəidarə ediləcək, iqlim dəyişmələrinə qarşı mübarizə üzrəinnovasiyalar və potensial həllər üzrə dinamik mərkəz olacaq YaşılZonaya media nümayəndələrinin akkreditasiyası açıq elan edilib.Akkreditasiya prosesi yeganə rəsmi mənbə olan akkreditasiyaportalı vasitəsilə 9 oktyabr tarixindən etibarənfəaliyyət göstərir, son qeydiyyat tarixi isə 30 oktyabr, saat 23:00(GMT+4) olaraq təyin edilib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası tərəfindənidarə edilən, rəsmi görüş və danışıqların məkanı olan Mavi Zona iləyanaşı Yaşıl Zona müxtəlif maraqlı tərəflərin - dövlət və özəlsektor, alimlər, gənclər, yerli icmalar, QHT-lər, vətəndaşcəmiyyəti və Mavi Zona nümayəndələrini də əhatə edən genişiştirakçı auditoriyasına malik olmaqla iqlim konfransınınişıqlandırılması üçün media nümayəndələrinə geniş imkanlar təminedəcək. Belə ki, Yaşıl Zona üzrə akkreditasiyadan keçənjurnalistlər bir sıra müxtəlif tədbirlərə qatılmaq, iqlimfəaliyyətində aktiv iştirak edən qurum, şirkət və simalarla birbaşaəlaqə yaradaraq eksklüziv kontentlə çıxış etmək imkanıqazanacaqlar.

Akkreditə olunmuş media nümayəndələri, həmçinin Yaşıl Zonadamedia fəaliyyətinin operativ və səmərəli təşkili üçün qurulan MediaMərkəzi və müvafiq digər infrastruktur və texniki imkanlardanyararlana biləcəklər.

Qeyd edək ki, media akkreditasiyası Birləşmiş MillətlərTəşkilatının (BMT) Baş Assambleyası tərəfindən tanınan ölkələrdəmedia təşkilatı kimi qeydiyyatdan keçmiş rəsmi və etibarlı mediaqurumunu təmsil edən media nümayəndələri üçün nəzərdə tutulub.Yerli media nümayəndələri, həmçinin Azərbaycan RespublikasınınMedianın İnkişafı Agentliyinin reyestrində qeydiyyatdaolmalıdırlar.

COP29 Yaşıl Zona üzrə media akkreditasiyası prosesi ilə bağlıtələblər və digər ətraflı məlumatın əldə edilməsi üçün COP29 rəsmiveb-saytında mövcud müvafiqbölməyə keçid edilə bilər. Akkreditasiya müraciətləriilə bağlı əlavə dəstək və ya sorğularla bağlı [email protected]elektron ünvanı vasitəsilə ilə əlaqə saxlanılması xahiş olunur.

Seçilən
19
36
az.trend.az

10Mənbələr