AZ

MEDİA o xəbərlə bağlı açıqlama yaydı

“EekadFacts” adlı internet resursuna aid sosial şəbəkə hesablarında Azərbaycandan hava yolu ilə digər ölkəyə silah daşınması barədə məlumatlar yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bu, Medianın İnkişafı Agentliyinin açıqlamasında yer alıb.

Qeyd olunub ki, sözügedən xəbərlər həqiqəti əks etdirmir və bu, ölkəmizə qarşı qlobal dezinformasiya kampaniyasının növbəti nümunəsi olmaqla, heç bir reallığı əks etdirməyən təxəyyül məhsulu olan əsassız məlumatdır.

Qeyd olunan spekulyativ məlumatların istehsalı və yayılmasını nüfuzlu qlobal tədbirlərə ev sahibliyi edən Azərbaycanın beynəlxalq imicinə zərər vurmağa, ölkəmiz barədə ictimai fikri çaşdırmağa yönəlmiş daha bir uğursuz manipuliyasiya cəhdi kimi qiymətləndiririk.

Vətəndaşlarımızı, beynəlxalq ictimaiyyəti bu tip aldadıcı məlumatların təsirinə düşməməyə və yalnız rəsmi mənbələrdən əldə olunan informasiyaya istinad etməyə çağırırıq.

Seçilən
22
49
qafqazinfo.az

10Mənbələr