AZ

"Yuventus" "Milan"ın ulduzunu transfer etməyi düşünür

"Milan"ın sol cinah müdafiəçisi Teo Hernandes "Yuventus"un hədəfinə çevrilib.

90deqiqe.Az-ın “Calciomercato”ya istinadən məlumatına görə, “rossoneri” rəhbərliyi fransalı futbolçunun müqaviləsini uzatmaq üzərində işləyir. 27 yaşlı futbolçu yaxın bir neçə ayda "Milan"la yeni müqaviləyə yaşıl işıq yandırmasa, "Yuventus" onu öz sıralarına cəlb etməyə çalışacaq.

Fransaı futbolçunun hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədər qüvvədədir. Teo Hernanades 2019-cu ildən "Milan"da çıxış edir. Transfermarkt portalı onun dəyərini 60 milyon avro qiymətləndirir.

Seçilən
25
90deqiqe.az

1Mənbələr