AZ

MEDİA: "EekadFacts" internet resursunda ölkəmiz barədə məlumat reallığı əks etdirmir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"EekadFacts" adlı internet resursuna aid sosial şəbəkə hesablarında guya Azərbaycandan hava yolu ilə digər ölkələrə silah daşınması barədə əsassız məlumat yayılıb. Bu, ölkəmizə qarşı aparılan qlobal dezinformasiya kampaniyasının növbəti nümunəsi olmaqla, heç bir reallığı əks etdirməyən, təxəyyül məhsulu olan uydurmadır.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyindən məlumat verilib.
"Qeyd olunan spekulyativ məlumatların istehsalı və yayılmasını nüfuzlu qlobal tədbirlərə ev sahibliyi edən Azərbaycan Respublikasının beynəlxalq imicinə zərər vurmağa, ölkəmiz barədə ictimai rəyi çaşdırmağa yönəlmiş daha bir uğursuz manipulasiya cəhdi kimi qiymətləndiririk.
Vətəndaşlarımızı və beynəlxalq ictimaiyyəti bu tip aldadıcı məlumatların təsirinə düşməməyə və yalnız rəsmi mənbələrdən əldə olunan informasiyalara istinad etməyə çağırırıq", - deyə açıqlamada qeyd olunur.
Seçilən
27
47
oxu.az

10Mənbələr