AZ

Yunanıstan millisinin üzvü 31 yaşında vəfat etdi

style='margin-bottom:10px;'>

Yunanıstan millisinin və "Panatinaikos"un müdafiəçisi Corc Baldok vəfat edib.

QOL.az xəbər verir ki, 31 yaşlı futbolçunun meyiti evinin hovuzunda tapılıb. Onun ölüm səbəbi ilə bağlı hələlik məlumat verilməyib.

Qeyd edək ki, İngiltərənin “Şeffild Yunayted”, “Oksford”, “Tamuort”, “Northampton”, “Milton Kins dons” və İslandiyanın “Vestmannaeyyar” klublarında oynayan Baldok Yunanıstan millisində 12 oyun keçirib. Onun son klubu "Panatinaikos" olub.

Seçilən
12
1
teleqraf.com

2Mənbələr