AZ

Xətaidə qız yol-nəqliyyat hadisəsində ağır xəsarət aldı

Bakının Xətai rayonunda 20 yaşlı gənc qız yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb.

Avtosfer.az report-a istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü Əliyeva Aysun İdrak qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
21
avtosfer.az

1Mənbələr