ABŞ-nin keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp demokrat rəqibi, vitse-prezident Kamala Harrislə debatların ikinci raundunu keçirmək niyyətində olmadığını təsdiqləyib.
İqtisadiyyat.az xəbər verir ki, Tramp bu barədə sosial şəbəkədəki paylaşımında bildirib.
"Kamala açıqladı ki, o prezident seçilsə, Co Baydendən fərqli bir şey etməyəcək, ona görə də mübahisə etməyin mənası yoxdur", - Tramp qeyd edib.
Gözəl Həşimova