Azərbaycan Futzal Federasiyasının İcraiyyə Komitəsinin (İK) iclası keçirilib.
Apasport.az xəbər verir ki, İK üzvləri Yüksək Liqanın 2024-2025-ci il mövsümündə iştirak edəcək komandaların siyahısını təsdiqləyib.
Cari çempionatda 6 komanda – “Araz-Naxçıvan”, “Baku Fire”, “Neftçi” İK, “Yasamal Bakı”, U-19 və “Şuşa” – iştirak edəcək.
Mövsümün püşkü oktyabrın 15-də, saat 14:00-da AFFA-nın konfrans zalında atılacaq. I turun oyunları oktyabrın 22-də keçiriləcək.
Birinci Liqada isə 12 komanda iştirak edəcək. Oyunlara oktyabrın 20-də start veriləcək.
Yay "transfer pəncərəsi” isə oktyabrın 21-i, saat 23:59-da bağlanacaq.
Azərbaycan yığması YARIMFİNALDA
Millimiz mübarizəni dayandırdı
“Neftçi”də növbəti ayrılıq - RƏSMİ
"Qarabağ"ın legionerləri milli komandaya çağırılıb
Yığma komandamız Estoniyaya yollanıb