“”PAŞA Holdinq” böyük bir regional nomenklaturadır”.

İndex.az xəbər verir ki, bunu “PAŞA Holdinq” MMC-nin baş icraçı direktoru Cəlal Qasımov Bakıda keçirilən Inmerge İnnovasiya Sammitində bildirib.

“Biz bir sıra sektorlarda təmsil olunmuşuq. Lakin dəyişən reallıq var, biz bunanla ayaqlaşmağa çalışırıq”, – deyə o əlavə edib.

Holdinq rəhbəri onu da bildirib ki, əsas problemlərdən biri də istedad qıtlığıdır:

“İnnovasiyalar sütərlə dəyişir. Buna hazır olmalıyıq. ötən ilki sammitin ardından “PAŞA Holdinq” innovasiya laboratoriyası yaratdı və ora cəlb olunan gənclərin istedadından faydalanmaq istəyirik. Biz gənclərimizi daha peşəkar hazırlamalıyıq. Onlar isə yeni dəyərlər yaratmalıdır, dəyərləri məhv etməli deyil. Gəlin, elə edək ki, dediklərimiz bu konfrans zalında qalmasın”.