AZ

Futzal üzrə Azərbaycan çempionatında komanda sayı açıqlanıb

Futzal

Bakı, 10 oktyabr, AZƏRTAC

Futzal üzrə Azərbaycan çempionatının 2024/2025-ci illər mövsümündə iştirak edəcək komandaların sayı bəlli olub.

AZƏRTAC xəbər verir ki, bununla bağlı qərar Azərbaycan Futzal Federasiyasının İcraiyyə Komitəsinin iclasında qəbul edilib.

Yeni mövsümdə ölkə çempionatında 6 komanda – “Araz-Naxçıvan”, “Baku Fire”, “Neftçi” İK, “Yasamal Bakı”, U-19 və “Şuşa” iştirak edəcək.

Mövsümün püşkü oktyabrın 15-də atılacaq. I turun oyunları oktyabrın 22-də keçiriləcək.

Birinci Liqada isə, əvvəldən nəzərdə tutulduğu kimi, 12 komanda mübarizə aparacaq. Oyunlara oktyabrın 20-də start veriləcək.

Yay “transfer pəncərəsi” isə oktyabrın 21-i, saat 23:59-da bağlanacaq.

Seçilən
22
azertag.az

1Mənbələr