AZ

“BakıKart” tətbiqindəki problem NƏ VAXT HƏLLİNİ TAPACAQ? – RƏSMİ AÇIQLAMA

İki aya yaxındır ki, “BakıKart” tətbiqində texniki problemlər müşahidə olunur. İstifadəçilər balanslarına pul vəsaiti yükləsələr də, tətbiqə giriş mümkün olmadığı üçün həmin məbləğdən istifadə edə bilmirlər. Eyni zamanda bu vəsaiti geri ala da bilmirlər. Sözügedən vəziyyət ictimai nəqliyyat istifadəçiləri arasında narazılığa səbəb olub.

“BakıKart” tətbiqində yaranan texniki problem, onun nədən qaynaqlanması, həlli istiqamətində görülən və ya görüləcək işlər barədə Medianews.az-ın suallarını Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) ünvanladıq.

Qurumun mətbuat katibi Tural Orucov Medianews.az-ın sorğusuna cavab olaraq bildirdi ki, yaranmış texniki problemin aradan qaldırılması ilə əlaqədar hazırda iş aparılır: “BakıKart” tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik”.

T.Orucov vətəndaşların hesabları və oradakı vəsaitlə bağlı yaranan suallara da aydınlıq gətirib: “Vətəndaşların hesabları və oradakı vəsait silinməyib. Tətbiq işə salındıqdan sonra hesablara yatırılan vəsaitdən istifadə etmək mümkün olacaq”.

Nihat TAHİROV

Seçilən
8
medianews.az

1Mənbələr