AZ

SOCAR usanmadan innovasiyalara doğru gedir - NAZİR

Milli çempion olan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) da heç şübhəsiz qətiyyətlə, usanmadan innovasiyalara doğru gedir. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” Innovasiya Sammitində bildirib.

Onun sözlərinə görə, Dünya İqtisadi Forumunda da qeyd edildiyi kimi, rəqəmsallaşma və transformasiya ilə bağlı dəyişikliklər özünün neft-kimya sənayelərində, emal sənayelərində keçirilməkdədir: "Bu kimi sənayelərdə həqiqətən bu kimi layihələr nadir hallarda baş verir. Bu yaxınlarda Beynəlxalq Enerji Agentliyinin (İEA) ən yaxşı həll yollarını tətbiq etməklə xammalın 40 % azaldılması ilə istehsalın 30 % artırılmasına səbəb olub”.

Seçilən
13
1
sia.az

2Mənbələr