AZ

Tatarıstanda xaricə gedən rusların əmlakı müsadirə ediləcək

Yazını böyüt
Yazını kiçilt

Tatarıstan parlamentinin bəzi deputatları xaricə gedən və Rusiyanın maraqlarına qarşı cinayət törədən Rusiya vətəndaşlarının əmlakına həbs qoyulmasını təklif ediblər. Bu qanun layihəsi Tatarıstan parlamentində keçirilən iclasda deputatların dəstəyini qazanıb.

Hafta.az-ın yazdığına görə, təklifdə Rusiyadan kənarda törədilən və ölkənin mənafeyinə xələl gətirən inzibati xətalara qarşı cinayət sanksiyaları nəzərdə tutulur. Təklifi gündəmə gətirənlər “bu tədbir ona görə həyata keçirilməlidir ki, insanların, xüsusən də xaricdə Rusiyaya qarşı fəaliyyət göstərənlərin cinayətləri Rusiya daxilində cəzasız qalmasın” fikrini irəli sürüblər.

BFM-nin məlumatına görə, Tatarıstan parlamentinin Hüquq Komitəsinin sədri Aleksandr Çubarov bəyan edib ki, bu vəziyyətdə olan insanların ölkədə inzibati cəzaya məruz qalması çətindir. Çubarov elan edib ki, təklif xaricdə törədilən cinayətlərə görə inzibati məsuliyyətin genişləndirilməsini və həmin şəxslərin əmlakının müsadirə olunmasını nəzərdə tutur.

Hüquqi tənzimləmə bu şəxslərin cəzadan yayınmalarının qarşısını almaq üçün onların əmlaklarına həbs qoyulması məqsədi daşıyır. Bildirilib ki, təklif Tatarıstanda qəbul olunarsa, onun Rusiyanın federal qanunlarına daxil edilməsi üçün dövlət səviyyəsində addımlar atılacaq.

Seçilən
12
hafta.az

1Mənbələr