AZ

Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə 10-11 dekabr 2024-cü il tarixlərində Sumqayıt Dövlət Universitetində (SDU) “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş “Doktorantların və gənc tədqiqatçıların XXVII (NASCO XXVII)” Respublika elmi konfransı keçiriləcək.TƏHSİL.BİZ  xəbər verir ki, konfransın keçirilməsində əsas məqsəd doktorantura səviyyəsində təhsilalanların və gənc tədqiqatçıların elmi-tədqiqat fəaliyyətlərinin nəticələrinin ölkədəki elm adamları ilə müzakirəsini təşkil etmək, elmi-tədqiqat yaradıcılıqlarında stimullaşdırıcı imkanları yaratmaqdır.Konfrans bütün elm sahələrini əhatə edir. Yaşıl enerji, yaşıl iqtisadiyyat, yaşıl bacarıqlar və yaşıl həyat mövzularındakı tezislərə üstünlük veriləcək.Konfransda təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan respublikada və xaricdə ali təhsil müəssisələrində və elmi tədqiqat institutlarında fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantlar və dissertantlar, doktorantura/dissertantura təhsilini bitirmiş müdafiə ərəfəsində olan şəxslər, həmçinin fəlsəfə doktoru elmi dərəcəsi almış 35 yaşa qədər gənc tədqiqatçılar iştirak edə bilərlər.   Tezislərin qəbulu üçün son tarix 10.11.2024, qəbul olunmuş tezislərin elanı üçün 21.11.2024, konfrans proqramının elan olunması üçün 27.11.2024  tarixləri müəyyən olunub. Konfransa tezis ilə müraciətlər  [email protected] elektron poçt ünvanı vasitəsilə mümkündür. Mövzu yerinə tezisin adı yazılır. Əlavədə tezis və tədqiqatçının məlumatlarını əks etdirən CV yer alır.Konfransa təqdim olunacaq bütün tezislər qeyd olunan müvafiq yazı qayda və standartlarına uyğun olmalı, uyğunluğu NASCO XXVII əsasnaməsi ilə yoxlanılmalıdır. Əks halda təqdim olunmuş tezislər konfransın elm komitəsi tərəfindən imtina cavabı alacaq. Konfransda məruzə ilə çıxış etməyən şəxslərə sertifikat verilməyəcək və onların tezisi çap olunmayacaq.Konfransla əlaqədar hər hansı sual, təklif, problemlərlə bağlı [email protected] elektron poçt ünvanına yazmaq olar.

 

Seçilən
18
tehsil.biz

1Mənbələr