AZ

“SİMA Token”in onlayn sifarişi mümkün oldu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC vətəndaşlar və sahibkarlar üçün “SİMA Token” elektron imzasını onlayn sifariş etmək imkanını yaradıb. Artıq istənilən vaxt www.sima.az saytı vasitəsilə “SİMA Token” elektron imzasını sifariş etmək mümkündür.

Vətəndaşlar sifariş prosesini uğurla tamamlamaq üçün saytda onlayn sorğu yaradaraq şəxsiyyət vəsiqəsi məlumatlarını, gizli cavabını, çatdırılma ünvanını (özünə yaxın poçt məntəqəsi) və əlaqə məlumatlarını qeyd etməlidirlər. Məlumatlar təqdim edildikdən sonra sifariş üçün müqavilə “SİMA İmza” ilə imzalanır. Vətəndaşlar üçün 3 illik Token imzasının məbləği 18 AZN təşkil edir.

Sahibkarlar isə “SİMA Token” imzası sifariş etmək üçün şəxsiyyət vəsiqəsi məlumatlarını, gizli cavabını, VÖEN nömrəsini, çatdırılma ünvanını (özünə yaxın poçt məntəqəsi) və əlaqə məlumatlarını qeyd etməlidirlər. Məlumatlar təqdim edildikdən sonra sifariş müqaviləsi “SİMA İmza” ilə imzalanır. Sahibkarlar üçün 3 illik Token imzasının məbləği 36 AZN-dir.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
11
13
banco.az

10Mənbələr