AZ

Özbəkistan rəqəmsal iqtisadiyyatın inkişafına aktiv şəkildə yönəlib - Nazir müavini

Bakı. Trend:

Özbəkistan rəqəmsal iqtisadiyyatın inkişafına aktiv şəkildəyönəlib.

Trend xəbər verir ki, bubarədə Özbəkistanın rəqəmsal texnologiyalar nazirinin müaviniOlimjon Umarov Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkiledilən "INMerge” İnnovasiya Sammitində deyib.

O qeyd edib ki, yeni iqtisadiyyat rəqəmsal transformasiya,innovasiyalar və biliklərin birləşməsidir və onun əsas diqqətitexnoloji irəliləyişə yönəlib.

“Özbəkistan hökuməti IT sektorunun, yaradıcılıq sənayesinin vəinnovativ biznesin, xüsusilə də startap ekosisteminin inkişafınaxüsusi əhəmiyyət verir. Yeni iqtisadiyyat, kənd təsərrüfatı, sənayevə informasiya texnologiyaları kimi ənənəvi sektorlardarəqəmsallaşma və innovasiyaların tətbiqi ilə formalaşır, eləcə dəIT xidmətləri, elektron ticarət və maliyyə texnologiyalarını əhatəedən rəqəmsal ekosistem yaradılır. Bu strategiyanın əsas elementiinsan kapitalının təhsil və innovasiyaları dəstəkləyəninfrastruktur vasitəsilə inkişafıdır. Ümumilikdə, Özbəkistan aktivşəkildə rəqəmsal iqtisadiyyatın inkişafına yönəlib”, - o qeydedib.

Nazir müavini vurğulayıb ki, bu strategiyanın həyata keçirilməsiüçün hökumət IT parkı, innovasiya parkı və akseleratorları əhatəedən güclü bir ekosistem yaradıb.

“Keçən il investisiyaların həcmi 350 milyon dollar təşkil edib,bu ilin son 9 ayında isə bu rəqəm artıq 500 milyon dollara çatıb.Məqsəd 5 milyard dollara çatmaqdır. Bunun üçün insanları rəqəmsalbacarıqlara yiyələnməyə hazırlamaq lazımdır. Xüsusi təhsilplatforması çərçivəsində təxminən 1,3 milyon gənc artıq ITsertifikatları alıb ki, bu da rəqəmsal savadlılığın artmasına köməkedir. IT şirkətləri və outsorsinq şirkətləri üçün Özbəkistan vergigüzəştləri təqdim edir və normativ tənzimləməni asanlaşdırır”, - oəlavə edib.

Nazir müavini qeyd edib ki, islahatlar rəqəmsal bizneslər üçünhüquqi çərçivəni müasirləşdirib və onlayn ticarətiasanlaşdırıb.

Qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə həyatakeçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminininkişafına töhfə vermək, startaplar və investorları bir arayagətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə dəinnovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir vətəcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Seçilən
10
1
az.trend.az

10Mənbələr