AZ

Gələn il Azərbaycan rəqəmsal iqtisadi inkişaf strategiyasının icrasına başlayacaq

2025-ci ildə Azərbaycan rəqəmsal iqtisadiyyatın inkişaf strategiyasını həyata keçirəcək.

Bunu iqtisadiyyat nazirinin müşaviri Rauf Nəcəfli “PAŞA Holding”in təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” İnnovasiya Sammitində deyib.

O bildirib ki, 51 əsas təşəbbüsü özündə birləşdirən bu strategiya insan kapitalının inkişafı, innovasiyaların və rəqəmsallaşmanın təşviqi, biznes proseslərinin rəqəmsallaşdırılması kimi əsas sahələrə diqqət yetirəcək: “Bu cür strategiyaların ümumi məntiqi var və biz onların uğurlu olacağına ümid edirik. Strategiyanın icrası çərçivəsində rəqəmsal iqtisadiyyat ekosisteminin davamlı inkişafının qiymətləndirilməsi və təmin edilməsi üçün tədqiqat və təhlillər aparılacaq. Bu, Azərbaycan üçün prioritet məsələdir. Ölkəmizin coğrafi mövqeyi və insan potensialı ilə yanaşı, dövlət proqramları rəqəmsal iqtisadiyyat strategiyasının həyata keçirilməsi üçün lazımi şəraiti təmin edəcək”.

Seçilən
7
1
banker.az

10Mənbələr