AZ

Azərbaycanın 70 -dən çox dövlət qurumu "rəqəmsal körpü" sisteminə inteqrasiya olunub - Nazir müavini

Bakı. Trend:

Bu gün "rəqəmsal körpü" sisteminə Azərbaycanın 70-dən çox dövlətqurumu və 100-dən çox informasiya sistemi inteqrasiya olunub.

Trend xəbər verir ki, bubarədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müaviniSamir Məmmədov Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkiledilən "INMerge” İnnovasiya Sammitində deyib.

“Rəqəmsal hökumətin digər mühüm komponentlərindən biri də dövlətqurumları arasında məlumat mübadiləsini yaxşılaşdıran “Rəqəmsalkörpü” layihəsidir. Bu gün bu sistemə 70-dən çox dövlət qurumu və100-dən çox informasiya sistemi inteqrasiya edilib ki, bu da 1milyarddan çox əməliyyatın həyata keçirilməsinə imkan yaradır", -S.Məmmədov bildirib.

Onun sözlərinə görə, rəqəmsal sənəd dövriyyəsi Azərbaycandakağızsız idarəetməyə doğru atılan növbəti addımdır.

“COP29 konfransına ev sahibliyi edən bir ölkə kimi biz dayanıqlıvə innovativ təcrübələrə üstünlük veririk. Hər ay 500 000-dən çoxkağıza qənaət edilməsi, dövlət qurumlarında rəqəmsal sistemintətbiqi sayəsində mümkün olub, bu isə ildə 2 000 ağacın qorunmasınabərabərdir. Biz bu sistemə özəl sektoru da cəlb etmək üçünəməkdaşlıq edirik", - o bildirib.

Qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə həyatakeçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminininkişafına töhfə vermək, startaplar və investorları bir arayagətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də,innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir vətəcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Seçilən
30
az.trend.az

1Mənbələr