AZ

Bu yazıçı ədəbiyyat üzrə Nobel mükafatını aldı

Ədəbiyyat üzrə Nobel mükafatı Cənubi Koreyanın qadın yazıçısı Han Qana verilib. O, "tarixi travma ilə üzləşən və insan həyatının kövrəkliyini ifşa edən poetik nəsrə" görə bu ada layiq görülüb.

Bizim.Media xarici mətbuata istiandən xəbər verir ki, Han Qan öz əsərində tarixi travmaları və görünməz qaydalar toplusunu araşdırır və hər bir əsərində insan həyatının kövrəkliyini ifşa edir.
Bununla bağlı Nobel Komitəsinin press-relizində deyilir: "O, bədən və ruh, dirilər və ölülər arasındakı əlaqəni yaxşı dərk edir.

Yazıçı poetik və eksperimental üslubu ilə müasir nəsrdə novatora çevrilib".

Keçən il Nobel Komitəsi Ədəbiyyat Mükafatını norveçli yazıçı Jun Fosseyə vermişdi.



Bizim.Media

Seçilən
16
1
bizim.media

2Mənbələr