AZ

Dünya İrandan qurtulmaq üçün fəaliyyətdədir - ÖZƏL

"Həqiqətən də İran adlı dövlət bizim bölgəmizin və bütün dünyanın baş ağrısıdır".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Bu bir xərçəng xəstəliyi kimidir, kəsilib atılmalıdır. Ona görə də dünyanın ağıl mərkəzləri İranın yerində qurulacaq alternativlər üzərində işləyirlər. Yəni artıq qlobal platformalarda İran İslam Respublikasının ləğv edilməsi və yerində səkkiz müstəqil dövlətin qurulması istiqamətində işlər aparılır. Yəni mən də müəyyən prosesləri yaxından izləyirəm, ona görə məlumatlıyam. İranın bir dövlət kimi mövcudluğunu bir daha deyirəm, sadəcə bizim bölgəmiz üçün deyil, dünya üçün başağrısı olmasını hər kəs qəbul edir. Hətta İslam aləmində belə İranın islam dinini gözdən salan bir nömrəli dövlət olduğu qənaətinə gəlinib. Yəni İslam dini bu gün dünyanın müxtəlif istiqamətlərində acı tənqidlərə məruz qalırsa, bunun bir nömrəli səbəbkarı İran İslam Cümhuriyyətidir. Ona görə də həm islam ölkələri, müsəlman ölkələri, həm də dünyanın mütərəqqi dövlətləri İranın bir dövlət kimi bundan sonra davam etməsinin bəşəriyyət üçün zərərli olacağı qənaətinə gəliblər və ona görə də yerində səkkiz müstəqil dövlətin qurulması planlaşdırılır. O dövlətlərin ən azı dördü türk dövləti olacaq. Ən böyüyü təbii ki, Güney Azərbaycan Cümhuriyyəti olacaq, digərləri də yenə də türk dövlətləridir və Xəzər dənizinin güney hissəsi torpaq yolu ilə ulu Türküstana bizi birləşdirən bir türk qurşağı olacaq. Çünki Xəzər dənizi bilirsiz tarixən türk dənizidir, onun bütün sahili boyunda tarixin bütün mərhələlərində türklər yaşayıb. Baxmayaraq ki, indi Rusiyanın bir hissəsi sayılır, İranın bir hissəsi sayılır, o tərəfdə də Qazaxıstan və Türkmənistan kimi türk dövlətləri bu tərəfdə Azərbaycan var. Yəni Rusiyanın hətta olan torpaqlarda indinin özündə də türklər yaşamaqdadır, say etibarı ilə üstünlük təşkil edirlər. Güney tərəfdən İran adlanan ölkənin ərazisində Xəzərin sahillərində türklər yaşayır çoxluqda, yəni yeni qurulacaq müstəqil türk dövlətləri, ümumiyyətlə, müstəqil dövlətlər ona gətirib çıxaracaq ki, Azərbaycan Respublikası Güney Azərbaycanla bütünləşəcək. Ondan savayı, Xəzərin güneyi türklərin yeni qurduğu dövlətlərdən ibarət olacağına görə biz artıq ulu Türküstana quru yolla rahat şəkildə gedə biləcəyik. Yəni dünya bu saat bu baş ağrısı, "xərçəng xəstəliyi" olan İrandan qurtulmaq üçün fəaliyyətdədir. Ona görə də İsrail rəsmiləri artıq bu fikirləri daha tez tez dilə gətirirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
olaylar.az

1Mənbələr