AZ

Ədəbiyyat üzrə Nobel laureatının adı açıqlandı

Oktyabrın 10-da  Nobel Mükafatları Komitəsi ədəbiyyat üzrə 2024-cü ilin Nobel mükafatı laureatının adını açıqlayıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, komitənin qərarı ilə yüksək elmi mükafata Cənubi Koreyadan olan yazıçı 54 yaşlı Han Kan "tarixi travmalara qarşı çıxan və insan həyatının kövrəkliyini ortaya qoyan sıx poetik nəsrinə görə" layiq görülüb.Han Kan 27 noyabr 1970-ci ildə Cənubi Koreyanın Qvanju şəhərində anadan olub. O , Yonsei Universitetində Koreya ədəbiyyatı üzrə təhsil alıb. 2013-cü ilin yayından Han Seul İncəsənət İnstitutunda yaradıcı yazıdan dərs deyir.2016-cı ildə onun  “Vegeterian” romanı Booker Beynəlxalq mükafatına layiq görülüb. Bu, onun ingilis dilinə tərcümə olunan ilk kitabıdır.  “Mən əlvida demirəm” romanı 2023-cü ildə Fransanın  Medici mükafatına layiq görülüb.Qeyd edək ki, oktyabrın 11-də sülh və nəhayət, oktyabrın 14-də iqtisadiyyat elmləri üzrə Nobel mükafatı qaliblərinin adları elan olunacaq.Mükafatların sahiblərinə təqdimat mərasimi dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında Alfred  Nobelin doğum günündə keçiriləcək.

Seçilən
22
2
tehsil.biz

10Mənbələr