AZ

BMW-nin satışları 13 faiz azalıb

Çinin iqtisadi artımındakı yavaşlama Almaniyanın avtomobil istehsalçısı BMW-nin satışlarına mənfi təsir göstərir.

"BMW Group" 2024-cü ilin üçüncü rübü üzrə satış rəqəmlərini açıqlayıb.

FED.az xəbər verir ki, BMW Qrupunun avtomobil satışları 2024-cü ilin iyul-sentyabr dövründə keçən ilin eyni dövrü ilə müqayisədə 13 faiz azalaraq 540 min 882 ədədə düşüb.

Eyni dövrdə Qrupun ana markası BMW üzrə avtomobil satışları 11,4 faiz azalaraq 487 min 62 ədəd təşkil edib.

Almaniya istehsalçının eyni rübdə elektrikli vasitə (elektromobil) satışları keçən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz artaraq 140 min 65-ə çatıb.

Şirkətin ən böyük bazarı olan Çində (Mini markası da daxil olmaqla) avtomobil satışları üçüncü rübdə 29,8 faiz azalaraq 147 min 691-ə düşməsi diqqət çəkib.

Digər tərəfdən BMW Qrupunun 2024-cü ilin yanvar-sentyabr dövründə cəmi satışı keçən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz azalaraq 1 milyon 754 min 158 ədədə düşüb.

Münhendə yerləşən avtomobil istehsalçısı BMW Group sentyabrın 10-da əyləc sistemindəki problemlərə görə 1,5 milyon avtomobili geri çağıracağını açıqlayıb.

Həmçinin BMW, bu il üçün satış proqnozlarını aşağı salıb. Şirkət satışlarına Çindəki tələbin durğunluğunun mənfi təsir etdiyini və istehlakçı tələbinin zəif olaraq qaldığını bildirib.

Çindəki iqtisadi yavaşlama Almaniyanın digər lüks avtomobil istehsalçısı Mercedes-Benz-in satışlarına da mənfi təsir göstərir. Bu, Mercedes-Benz-in bu il ikinci dəfə sentyabr ayı gəlir proqnozunu azaltmasına səbəb olub. (Marja)

Seçilən
68
21
fed.az

10Mənbələr