AZ

Koreyalı yazıçı Nobel mükafatı alıb

Koreyalı

Ədəbiyyat üzrə Nobel mükafatı koreyalı Han Qanqa verilib.

Reyting.az
-ın məlumatına görə, İsveç Kral Elmlər Akademiyasının təqdim etdiyi 2024-cü ilin Ədəbiyyat üzrə Nobel mükafatını Cənubi Koreyadan olan yazıçı Han Qanq qazanıb.

İsveç Akademiyası üzvlərinin qərarı oktyabrın 10-da açıqlanıb. Münsiflər heyəti onun "tarixi travması ilə üzləşən, insan həyatının kövrəkliyini üzə çıxaran zəngin, poetik nəsrini" yüksək qiymətləndirib.

Yazıçı Han Qanq 1970-ci ildə Qvanqjuda şəhərində anadan olub. Qanq yazıçı kimi həm də 2016-cı ildə yüksək tirajla çap olunmuş "Vegetarian" romanına görə Beynəlxalq Buker mükafatının qalibidir. Müəllifin bu oxunaqlı əsəri ilə bərabər "İnsan hərəkətləri" romanı bir çox dillərə tərcümə olunub.

Oqtay QORÇU
Seçilən
43
33
reyting.az

10Mənbələr