AZ

Qoşulmama Hərəkatının bütün üzv dövlətləri Azərbaycanın COP29 çərçivəsində elan etdiyi “Birgə Atəşkəs Çağırışı”nı dəstəkləyiblər

Bakı. Trend:

Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının29-cu İqlim Dəyişmələri Konfransına (COP29) sədrliyi çərçivəsindəBeynəlxalq Sülh Günü kimi qeyd olunan 21 sentyabr tarixində elanetdiyi “Birgə Atəşkəs Çağırışı” Qoşulmama Hərəkatının bütün üzvdövlətləri tərəfindən dəstəklənib.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumatverilib.

Beləliklə, təşəbbüsə indiyə qədər 127 ölkə qoşulub.

"Bu təşəbbüs münaqişə və iqlim dəyişməsi arasındakı əlaqənin və ənhəssas qrupları qorumaq üçün kollektiv həll yollarının tapılmasınınvacibliyini vurğulamaq, eləcə də xalqlar arasında sülhə gətiribçıxara biləcək müsbət impulsu və əməkdaşlığı təşviq etmək məqsədidaşıyır.

Çağırışda bütün tərəflərdən COP29 sessiyasının keçirildiyi noyabrayı ərzində atəşkəsə riayət etmək xahiş olunur və COP29-unfundamental mesajı xüsusunda bəşəriyyətimizin siyasi problemlərinöhdəsindən gələ və həmrəy ola biləcəyinə inam ifadə edilir.

Birgə Atəşkəs Çağırışı dövlətlərlə yanaşı, mindən artıq beynəlxalqtəsisat, özəl sektor təmsilçiləri, vətəndaş cəmiyyəti qurumları vənüfuzlu ictimai xadimlər tərəfindən dəstəklənir", - deyə XİN-dənbildirilib.

Təşəbbüsün tam mətni ilə https://cop29.az/az/news/cop29-presidency-officially-launches-joint-solemn-appeal-for-a-cop29-truceinternet səhifəsində tanış olmaq mümkündür.

Seçilən
16
48
az.trend.az

10Mənbələr