AZ

Floridada qasırğa nəticəsində ölənlərin sayı 9-a çatıb

Bakı. Trend:

Dünən ABŞ-ın Florida ştatını vuran Milton qasırğası nəticəsindəazı 9 nəfər həlak olub.

Trend xəbər verirki, bu barədə NBC telekanalı məlumat yayıb. Daha əvvəl təbiifəlakət nəticəsində 4 nəfərin öldüyü bildirilirdi. Telekanalınməlumatına görə, Volusiya qraflığında daha 3 nəfər, bir gündə 45 smyağışın yağdığı Sent-Pitersberq şəhərində isə daha iki nəfərölüb.

3-cü kateqoriyalı Milton qasırğası Siesta Key şəhəriyaxınlığında yerə enib. Cümə axşamı səhər qasırğa birincikateqoriyaya qədər zəifləyib. “PowerOutage” monitorinq qurumununməlumatına görə, ştatın 3 milyondan çox sakini işıqsız qalıb.

Oktyabrın 7-də ABŞ prezidenti Co Bayden ştata yaxınlaşan qasırğailə bağlı Florida ştatında fövqəladə vəziyyətin elan edilməsihaqqında sərəncam imzalayıb və yerli hakimiyyət orqanlarına federalyardımın göstərilməsi üçün göstəriş verib.

Sentyabrın sonunda ABŞ-ın cənubunu vuran Helen qasırğası 200-dənçox insanın ölümünə və bölgəyə təqribən 35 milyard dollarlıq ziyandəyməsinə səbəb olub.

Seçilən
10
11
az.trend.az

10Mənbələr