AZ

Sentyabrın ən yaxşı futbolçusu məlum oldu

İtaliya A Seriyasında sentyabr ayının ən yaxşı futbolçusu bəlli olub.

90deqiqe.Az-ın məlumatına görə, bunu yarışın mətbuat xidməti açıqlayıb.

Bu “Napoli”nin gürcü yarımmüdafiəçisi Xviça Kvaratsxeliyadır.

Sentyabrda 25 yaşlı futbolçu İtaliya çempionatında 3 dəfə meydana çıxıb. Bu qarşıdurmalarda Gürcüstan millisinin yarımmüdafiəçisi iki qol vurub, bir məhsuldar ötürmə edib. Ümumilikdə isə 9 oyunda iştirak edən Xviça, üç qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
30
90deqiqe.az

1Mənbələr