AZ

44 günlük Vətən müharibəsinin xronikası: 11 oktyabr

Bakı.Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

Trend Vətənmüharibəsinin oktyabrın 11-nə olan xronikasını təqdim edir:

- Prezident İlham Əliyev Ermənistanın Gəncəyə etdiyi hücumla bağlı paylaşım edib;

- Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə şəhərininhücuma məruz qalması ilə bağlı paylaşım edib.

- Müdafiə Nazirliyi xəbəbr verir ki, Ermənistan tərəfininAzərbaycan hərbçilərinin Hadrutda dinc sakinləri – qadın və onun əlil oğlunuguya qətlə yetirmələri barədə yaydığı xəbər əsassızdır, heç birfakta söykənmir və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədinigüdür. İşğal altında olan yaşayış məntəqələrinə guya AzərbaycanOrdusunun raket zərbələri endirməsi barədə Ermənistan tərəfininyaydığı məlumat yalandır və dezinformasiyadır.

- Ermənistanın silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfəatəşə tutub. Atəş nəticəsində 5 nəfər ölüb, 27 nəfər yaralanıb.

- Ermənistan silahlı qüvvələri Mingəçeviri raket atəşinə tutub.

- Müdafiə Nazirliyi düşmənin canlı qüvvə və texnikasının məhvedilməsinin videogörüntülərini yayıb.

- Düşmənin alay komandirinin müavini və xeyli sayda canlı qüvvəsi vətexnikası məhv edilib.

- Oktyabrın 11-i səhər saat 08.00 radələrində Mingəçeviristiqamətində uçuşlar həyata keçirməyə cəhd edən Ermənistana məxsuspilotsuz uçuş aparatı (PUA) Hava HücumundanMüdafiə bölmələrimiz tərəfindən məhv edilib.

- Müdafiə Nazirliyi hücuma cəhd edən düşmənin qüvvə vəvasitələrinin məhv edilməsinin videogörüntülərini yayıb.

- Baş Prokurorluğun məlumatına görə, Ermənistanın Gəncəyə növbəti atəşi nəticəsində 7 nəfər ölüb, 34nəfər yaralanıb.

- Erməni əsgərlərinin cəsədlərini yığan ağ bayraqlı tibbi maşın Ermənistan tərəfindən atəşə tutulub.

- Baş Prokurorluğun məlumatına görə,Gəncədə ölənlərin sayı 9-a çatıb.

- Baş Prokurorluğun məlumatına görə, Ermənistanın atəşinəticəsində 41 mülki şəxs qətlə yetirilib, 205 nəfər yaralanıb.

- Müdafiə Nazirliyi Mingəçevir istiqamətində Ermənistana məxsusPUA-nın məhv edilməsi videogörüntülərini yayıb.

- Gəncənin raketlə vurulma anının videogörüntüləri yayılıb.

- Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunanDaşkəsən kəndinin videogörüntüsünü yayıb.

- Ermənistan ordusuna məxsus "KUB" zenit-raket kompleksi məhv edilib.

- Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad olunanHoradiz kəndinin yeni videogörüntüsünü yayıb.

- Müdafiə Nazirliyi Tərtər rayonunun işğaldan azad olunanSuqovuşan kəndinin yeni videogörüntüsünü yayıb.

Məqalədə:
Seçilən
27
4
az.trend.az

5Mənbələr