AZ

AFFA-nın xanım rəsmisi UEFA-dan yeni təyinat aldı

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan təyinat alıb.

Sportinfo.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Yunanıstan – İrlandiya oyununun UEFA nümayəndəsi olacaq.

Oktyabrın 13-də Pirey şəhərində yerləşən “Georgios Karaiskakis” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Seçilən
47
sportinfo.az

1Mənbələr