AZ

Osloda Nobel Sülh Mükafatı laureatının adı açıqlanacaq

Bakı. Trend:

Norveç Nobel Komitəsi 2024-cü il üçün Nobel Sülh Mükafatılaureatını Osloda elan edəcək.

Trend xəbər verirki, Alfred Nobelin vəsiyyətinə əsasən, bu mükafat "xalqlarınbirləşdirilməsi, orduların sayının azaldılması və sülhkonqreslərinin keçirilməsi üçün ən böyük səylər göstərmiş və ya busahədə daha çox iş görmüş şəxsə" təqdim edilir. Digər Nobelmükafatlarından fərqli olaraq, Sülh Mükafatı Stokholmda deyil, məhzOsloda verilir.

Nobel, bu mükafatın qalibini müəyyən etmək üçün beş nəfərdənibarət komitə yaradılmasını və həmin komitənin Norveç parlamentitərəfindən təyin olunmasını vəsiyyət etmişdir. Ənənəyə görə, bukomitənin üzvləri əsasən Norveçin keçmiş siyasətçiləri və partiyaliderlərindən ibarət olur.

Bu günlərdə bir əsrdən artıq yaşı olan bu şərt kifayət qədərgeniş izah edilir və komitənin seçimləri bəzən tənqid olunur. Sonillərdə mükafata layiq görülənlər arasında müxtəlif sahələrdəuğurlar qazanan siyasətçilər, hüquq müdafiəçiləri, siyasi fəallarvə humanitar təşkilatlar yer alır.

2023-cü ildə Nobel Sülh Mükafatı, "qadınların zülmə qarşımübarizəsi" və "bütün insanlar üçün insan hüquqları vəazadlıqlarının müdafiəsi uğrunda fəaliyyəti" üçün iranlı hüquqmüdafiəçisi Narges Mohammadiyə təqdim olunmuşdur.

2024-cü il Nobel Sülh Mükafatına 285 namizəd irəli sürülüb - 196fiziki şəxs və 89 təşkilat.

Nobel həftəsi oktyabrın 7-də başlayıb. Fizika, kimya, tibb vəədəbiyyat üzrə mükafatlar laureatlarının adları artıq məlumolub.

Seçilən
44
az.trend.az

1Mənbələr