AZ

UEFA Millətlər Liqasının III turu: Azərbaycan Estoniyaya 3-cü dəfə qalib gələ biləcəkmi?

Fins.az xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 20:00-da futbol üzrə Azərbaycan yığması, Millətlər Liqasının III turunda Estoniya ilə qarşılaşacaq.

Matç iki rəqib arasında 11-ci duel olacaq. İndiyə qədər Baltikyanı ölkə ilə 10 dəfə görüşən millimizin qarşılaşmalarının 5-i heç-heçə, 2-si qələbə, 3-ü isə məğlubiyyətlə nəticələnib.

İlk dəfə 1996-cı ildən başlayan qarşılaşmalarda, rəsmi turnirlərdəki oyunlar AVRO-2024-ün seçmə mərhələsində baş tutub. Hər iki matçda 2 qol vurulub, millimiz evdə bir xalla kifayətlənərkən, səfərdən qalib dönüb.

Qeyd edək ki, UEFA Millətlər Liqasının qrup mərhələsinin bu oyunu, Tallindəki “Lilleküla” stadionunda keçiriləcək. İrlandiyalı hakimlər briqadası, baş hakim Rob Harvi ilə birlikdə oyunu idarə edəcək.
 

Zemfira Ms
Fins.az

 

Seçilən
12
34
fins.az

10Mənbələr