Bakı. Trend:
Braziliya millisinin XXI əsrdə ən çox qol vuran futbolçusuSəudiyyə Ərəbistanı Liqasında "Əl-Hilal" klubunda oynayan Neymarolub.
Trend-inməlumatına görə, ulduz futbolçu 128 oyunda 79 dəfə fərqlənməyibacarıb.
Siyahıda ikinci yerdə Ronaldo yer alır. "Real Madrid" klubununəfsanəvi futbolçusu Braziliya millisində 99 oyunda 62 qolvurub.
"Barselona" klubunun simvoluna çevrilən Ronaldinyo isə 97 matçdayalnız 33 dəfə fərqlənərək ilk üçlüyü tamamlayıb.
Qeyd edək ki, ilk onluqda Kaka, Luis Fabiano, Robinyo, Adriano,Felipe Koutinyo, Rişarlison və Qabriel Xesus kimi futbolçularınadları da yer alır.