AZ

Trampla Harris arasında ikinci debatın olmayacağı dəqiqləşib

ABŞ-da prezidentliyə namizədlər Donald Tramp və Kamala Harris arasında ikinci debat olmayacaq.

CNN-in növbəti debatın keçirilməsi ilə bağlı verdiyi təklifin təsdiq olunması üçün son tarix artıq bitib. Kamala Harris debatda iştiraka razılıq versə də, Donald Trampın kampaniyası müsbət cavab verməyib.

CNN debatın oktyabrın 23-nə təyin olunmasını təklif etmişdi.

Bununla yanaşı “Fox News” debatla bağlı oktyabrın 24-ü və ya 27-si təklifini irəli sürsə də təsdiq ala bilməyib.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Seçilən
29
2
azpost.info

6Mənbələr