AZ

Bakıda “PAŞA Holding”in təşkil etdiyi “INMerge” İnnovasiya Sammiti davam edir

Bakı. Trend:

Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən"INMerge” İnnovasiya Sammitinin 2-ci gününə start verilib.

Trend xəbər verir ki, buillik sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafınatöhfə vermək, startaplar və investorları bir araya gətirərək onlaraəməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosistemininbütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçünplatforma qurmaqdır.

Bu gün “INMerge” İnnovasiya Sammitində “YouTube”-un həmtəsisçisiStiv Çen, “Amazon”-un vitse-prezidenti və texniki direktoru VernerVogels, “PASHA Holding”-in icraçı direktoru Cəlal Qasımov,İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sədri İnarə Vəliyeva,“Avito”-nun keçmiş baş direktoru Vladimir Pravdivıy da təsdiqlənmişspikerlər arasında yer alıb. Onlara "Paradox Strategies" və"InnovationForce"un təsisçisi, Harvard Biznes Məktəbinin professoruLinda Hill, həmçinin Stenford Universitetinin professoru İlyaStrebulayev çıxış edəcəklər.

Qeyd edək ki, "INMerge” İnnovasiya Sammiti "PASHA Holding"tərəfindən 4-cü dəfə təşkil edilib. Sammit, fintex,telekommunikasiya, elektron ticarət və digər sahələrdən olaninnovatorları, investorları və sahənin nüfuzlu liderlərini biraraya gətirir. “INMerge” həm də iştirakçılara mühüm tərəfdaşlıqlarbağlamağa, əməkdaşlığı inkişaf etdirməyə və regionun liderləri vəinnovatorları ilə beynəlxalq əlaqələr qurmağa imkan verən stratejişəbəkə mərkəzidir.

Xəbər yenilənəcək

Seçilən
7
3
az.trend.az

4Mənbələr