AZ

“Siyasi məhbus” biznesindən kim nə qədər qazanır?.. “Human Rights Watch”un fəaliyyəti cavab üçün istiqamət verir

Bakı. Trend:

“Siyasi məhbus” mövzusunda əvvəl Azərbaycan uzun illər ərzində“siyasi mühacirlər”in yüksək kəmiyyətinə görə tənqid edilib. İddiaolunub ki, guya ölkəmizdə “siyasi fəaliyyət imkanları məhduddur”,“müxalif fikir daşıyıcıları təqib olunurlar” və bu səbəbdənmühacirətə üz tuturlar.

Bu ittihamlar kontekstində “radikal müxalifət” düşərgəsiyləbeynəlxalq “hüquq müdafiə təşkilatları”nın mövqeyi üst-üstə düşüb.AXCP, “Musavat” partiyaları “Human Rights Watch”, “AmnestyInternational” kimi təşkilatlarla oxşar mövqe sərgiləyiblər.

Almaniyada baş verən insident isə Azərbaycanda “siyasi mühacir”probleminin süni şəkildə qabardıldığı faktını ortaya qoyub. 2019-cuil noybarın 13-də Almaniya polisi ölkənin 6 əyalətində reydkeçirib, 38 mənzil və ofisdə axtarışlar aparıb. Polisin keçirdiyireyd nəticəsində “siyasi mühacir”lərə aid yüzlərlə saxta sənəd ələkeçirilib. Sənəd saxtakarlığı ilə məşğul olan 7 nəfər Azərbaycanlısaxlanılıb. 10-larla “mühacir” Almaniyadan deportasiya edilib.Müəyyən edilib ki, Azərbaycanda süni əsaslarla “siyasi mühacir”yaratmaq və onları daşıyıb Almaniyada yerləşdirmək üçün mütəşəkkildəstə fəaliyyət göstərib.

Almaniya mediası bu məsələni şərh edərkən, Azərbaycandakımüxtəlifət partiyaları tərəfindən “mühacirlərə” verilmiş saxtaarayışlara diqqət çəkib. Qeyd edilirdi ki, polisin ələ keçirdiyisənədlər sırasında “çoxlu sayda Azərbaycan pasportları”, “küllimiqdarda avro və manatdan ibarət əskinaslar”, o cümlədən,“Azərbaycanda mövcud olan müxtəlifət partiyalarının möhürləri ilətəsdiqlənmiş arayışlar” olub ( https://caucasuswatch.de/en/news/seven-azerbaijani-citizens-detained-in-germany-due-to-suspicions-of-illegal-migration.html).

Müəyyən edilmişdi ki, sənəd saxtakarlığı ilə məşğul olan dəstəAvropada məskunlaşmaq istəyən Azərbaycan vətəndaşlarına yardımetmək adı ilə hər bir nəfərdən orta hesabla 10 min Avro məbləğindəvəsait alıb. Bu məbləğdən hər nəfər üzrə 3000 avro ayıraraqAzərbaycandakı müxalifət partiyalarına ötürüb. Qarşılığında “şəxsinöz ölkəsində siyasi təqibə məruz qalması barədə arayış” alıb.Beləliklə, saxta sənədlər təşkil edilərək, Azərbaycanvətəndaşlarına “siyasi mühacir” statusu verilib və Avropadövlətlərində məskunlaşdırılıb.

Almaniya mediası “müxalif mövqeli siyasi partiyalar” tərəfindənverilmiş saxta arayışlar barədə məlumat verərkən, Müsavat vəAzərbaycan Xalq Cəbhəsi partiyasının adlarını çəkmişdi. Beləliklə,Azərbaycandakı “radikal müxalifət” partiyalarının “siyasi mühacir”biznesinin içində olduqları öz təsdiqini tapmışdı.

Deportasiya edilən “saxta mühacir”lərdən bir neçəsi AzərbaycanKİV-lərinə verdikləri müsahibələrdə deyiblər ki, onların istəklərisadəcə Avropa ölkələrinin birinə köçüb, yaşamaq olub. Buistəklərinə görə “siyasi mühacir” dəstəsinin qurbanına çevriliblər.Onlara deyilib ki, Avropa dövlətlərinə köçmək üçün ən asan vasitə“siyasi mühacir” kimi qeydiyyatdan keçməkdir. Bunun üçün müxalifətpartiyalarının keçirdikləri aksiyalara qoşulmaq, əllərindəanti-hakimiyyət motivli şüarlardan ibarət plakatlar tutmaq, şəkilçəkdirmək kifayətdir. Aksiyalarda şəkil çəkdirdikdən sonra “siyasimühacir” dəllallarına 10 min Avro ödəməklə, proses tamamlanır

( https://musavat.com/news/muhacir-alveri-qalmaqali-boyuyur_450246.html).

Almaniya polisinin təşkil etdiyi “siyasi mühacir” reydininüzərindən 5 il ötür. Müxalifət partiyalarının ruporu rolunda çıxışedən KİV-lər və onların “ekspertləri” indi özləri də etiraf edirlərki, Azərbaycanda “siyasi mühacir” problem süni şəkildə yaradılıb.Məsələn, “Osmanqızı TV”-nin 6 oktyabr 2024-cü il tarixliburaxılışında deyilir ki, “siyasi mühacir adı ilə Avropaya köç edənşəxslərin ən azı 80 faizinin sənədləri saxtadır”.

Deyilənlərdən belə aydın olur ki, “siyasi mühacir” biznesinəqurşanmış müxalifət partiyalarının 2 istiqamətdə maraqları olub.Birinci məqsəd hər bir saxta arayışa görə verlən 3 min avro“rüsum”dur. Nəzərə alaq ki, yüzlərlə şəxsə bu tip arayışlarverilib, yekunda yüksək məbləğdə vəsaitlər toplanıb. İkinciistiqamət isə siyasi motivlidir. Onlar aldadılıb tora salınmışinsanlar üzərindən “sosial baza” formalaşdırıblar. Yəni, “radikalmüxalifət”in təşkil etdiyi mitinqlərə qoşulanların əksəriyyəti buaksiyalara şəkil çəkdirib “siyasi mühacir” arayışı almaq üçüngəliblər.

“Siyasi mühacir” biznesindən maddi - siyasi dividendgötürənlərin siyahısı təkcə AXCP və Musavat partiyaları iləyekunlaşmır. Beynəlxalq statuslu “hüquq müdafiə təşkilatları” daburada rol alırlar. Onların timsalında qlobal güclər prosesəqoşulublar, öz maraqlarını təmin ediblər. “Human Rights Watch” və“Amnesty international” təşkilatlarının “siyasi mühacir”kampaniyasına qatılmaqla əldə etdikləri dividendlərə nəzər salsaq,ortada hansı böyük hədəflərin olduğunu görərik.

“Human Rights Watch” və “Amnesty international” təşkilatıAzərbaycanda “siyasi təqibə məruz qalan şəxslər” mövzusunu uzunillər ərzində özlərinin hesabatlarına daxil ediblər. Bu məsələnibeynəlxalq platformalarda müzakirəyə çıxarıblar. Azərbaycandövlətini “siyasi təqibə məruz qalan şəxslərə” görə ittihamediblər, sanksiyalar tətbiq edilməsinə çağırıblar. Təbii ki,mövzunu beynəlxalq müstəviyə çıxarmaqla həm siyasi, həm də maddidividendlər götürüblər. Düzdür, onlar AXCP və Musavatdan fərqliolaraq, öz imiclərini 3 min avro qarşılığında xərcləməyiblər. HRWvə “Amnesty international” təşkilatının hədəfləri kimi, maddigəlirləri də böyükdür. Belə ki, hər iki təşkilat ABŞ və onun “donorinstitutlarının” təsir dairəsindədirlər. Fəaliyyət qurmaq üçün bumənbələrdən “qarant” adı ilə böyük mənbləğdə vəsaitlər alırlar.Məsələn, HRW-nin orta illik büdcəsi 50 milyon dollardan çoxdur.Təşkilatın saytında göstərilir ki, bu vəsaitin bir qismi“ianələrdən”, digər qismi isə “qrantlardan” formalaşır. “Qrant”aldığı donorların sırasında ilk yerdə ABŞ fondları, o cümlədən,Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu- ( Corc Soros Fondu-ACİ)dayanır. “Soros Fondu” 2010-cu ildə HRW-nin beynəlxalqfəaliyyətinin genişləndirməsinə yardım göstərmək üçün 100 milyonABŞ dolları məbləğində “qarant” ayırıb ( https://www.hrw.org/news/2010/09/07/george-soros-give-100-million-human-rights-watch). Yəni, “Human Rights Watch”, “Amnesty international” qismindətəşkilatlar ABŞ-nin hədəfində olan ölkələrdə nə qədər çox faktlaruydururlarsa, effektiv qarayaxma kampaniyaları aparırlarsa, bir oqədər çox “qarantlar” alırlar, böyük məbləğlərləmükafatlandırılırlar.

Təbii ki, “Human Rights Watch”, “Amnesty international”,“Freedon House” qismində təşkilatların maliyyə dəstəyi kimi,kampaniya tesizləri də eyni ünvanlarda formalaşır. Onlar ABŞ DövlətDepartamentinin, Avropa İttifaqı Şurasının siyasi direktivlərinəuyğun hərəkət edirlər. Qərb siyasi çevrələrinin qərarlarını“pozulan insan haqları” kontekstində icra edirlər. ABŞ-nin siyasiambisiyalarına boyun əyməyən dövlətləri “Söz və ifadə azadlığınıməhdudlaşdırdığına”, “siyasi fəaliyyət, sərbəst toplaşmaq hüququnupozduğuna görə” hədəfə gətirib, ictimai qınaq obyektinə çevirirlər.ABŞ-nin, Avropa İttifaqı Şurasının bu dövlətlərə qarşı sanksiyalartətbiq etmələri üçün zəmin hazırlayırlar. ABŞ öz siyasətindəermənipərəst mövqe tutursa, təbii ki, “Human Rights Watch” da həministiqamətə yönəlir. Azərbaycanı pisləmək üçün fürsət axtarır,mövzular uydurur. Belə məqamlarda “siyasi mühacir” və ya “siyasiməhbus” məsələsi göydən düşmüş fürsətə çevrilir.

Zamana və şəraitə uyğun olaraq, kampaniya tezisləri dəyişir.Amma mahiyyətləri eynidir. Hədəfləri ABŞ Dövlət Departamentindəmüəyyənləşdirilir, kampaniya tezislərini USAİD proqramlaşdırır,“Soros Fondu” qismində “donorlar” vasitəsilə maliyyə ötürülür.“Amnesty İnternational”, “Freedon House”, “Human Rights Watch” dabu planları icra edirlər. Azərbaycana qarşı son aylarda başladılan“siyasi məhbus” kampaniyası da bu qəbildəndir.

“Siyasi mühacir” kampaniyası iflasa uğradığı üçün, əvəvzinə“siyasi məhbus” terminini gündəmə gətiriblər. Hansısa əməlinə görəhəbsə düşmüş şəxslərin ailələrinə müraciət edirlər, adlarını“siyasi məhbus” siyahısına yazdırmaq üçün təkliflər göndərirlər.Məqsədi anlayanlar onlara rədd cavabı verirlər. Anlamayanlar isətora düşür, adlarını “siyasi məhbus” siyahısına yazdırıb, işiqəlizləşdirirlər.

Sabiq deputat Nazim Bəydəmirlinin özünün məhkəmə prosesindəsəsləndirdiyi bəyanat bu mövzuda yaxşı nümunədir. O, 2024-ci ilaprelin 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proseszamanı açıq tekstlə dedi ki, “hansısa mərkəzlər” onun razılığıolmadan, adını “siyasi məhbus” siyahısına yazıblar. Bəydəmirliözünü siyasi məhbus hesab etmədiyini qeyd etdi. “Siyasi məhbus”siyahısı hazırlayan mərkəzlərə də mesaj göndərdi ki, maxinasiyanıdayandırsınlar: “Mən siyasi məhbus deyiləm, siyasi fəaliyyətiməgörə həbs edilməmişəm. Adımdan istifadə olunmasını istəmirəm” (https://qafqazinfo.az/news/detail/men-siyasi-mehbus-deyilem-adimdan-istifade-olunmasin-nazim-beydemirli-434350).

Bəydəmirli saxta faktlar əsasında “siyasi məhbus” siyahısıhazırlayan mərkəzlərin adlarını çəkmir. Amma bu, söhbətin hansımərkəzlərdən getdiyini aydınlaşdırmaq baxımından çətinlik yaratmır.“Sülh və Demokratiya İnstitutu”nun təmsilçisi Arif Yunus 2024-cü ilsentyabrın 10-da “Azərbaycan saatı” proqramına verdiyi müsahibədəqeyd edir ki, Azərbaycan üzrə “siyasi məhbus siyahısı”nı tamamlamaqüçün 3 istiqamətdən təkliflər alıb. Söhbət əsanasında qeyd edir ki,aldığı təkliflərə uyğun olaraq, “siyasi məhbus siyahıyasındakıadların sayını 300 nəfərə çatdıraraq Avropa Şurasının ParlamentAssambleyasındakı dostlarına göndərib”. “Oktyabr ayının əvvəlindəisə ABŞ-yə gedib siyahını şəxsən təqdim edəcək”.

Məlumdur ki, oktyabrın 4-də Avropa Şurasının ParlamentAssambleyasının payız sessiyası çərçivəsində “Azərbaycanda insanhaqları üzrə “ dinləmələr keçirildi. Bu kontekstdə “siyasi məhbus”problemi xüsusi qabardıldı. Oktyabrın 3-də isə 58 nəfər qanunvericiABŞ-nin Dövlət Katibi Antoni Blinkenə məktub yazaraq, COP29 sammitiərəfəsində Azərbaycana “insan hüquqları ilə bağlı” təzyiqgöstərməyə çağırdılar. “Human Rights Watch”, “Amnestyinternational” da öz ampluasındadırlar. Azərbaycanda “siyasi məhbusproblemi”nin qabardılmasında məxsusi rol alırlar. AŞPA və ABŞKongresində hazırlanan müraciətlərdə bu təşkilatlar adındanhazırlanmış hesabat və çağırışların detalları görünür. “300 siyasiməhbus” mövzusu beynəlxalq platformalara məhz bu təşkilatlarvasitəsilə çıxarılıb. Nümunə üçün deyək ki, “Human Rights Watch”təşkilatı cəmi bir ay ərzində- sentyabrın 9-dan oktyabrın 9-naqədər olan müddətdə öz saytında Azərbaycanın adını 15 dəfə neqativtonda çəkib. Sentyabrın 25-də isə , Avropa Şurasına müraciətedərək, “Azərbaycanda insan haqları, siyasi məhbus məsələrinimüzakirəyə çıxarmağa” çağırır.

Belə çıxır ki, AŞPA-da bu müraciəti gözləyirmişlər. Sentyabrın25-də HRW və digər 10 partnyor təşkilat müraciət ünvanlayıblar,AŞPA da operativ şəkildə reaksiya verib, oktyabr 4-də məsələnimüzakirəyə çıxarıb.

Təcrübə göstərir ki, əslində proses tərsinə baş verib. ABŞ vəAvropa İttifaqı Şurasından Azərbaycana təzyiq göstərmək üçünkampaniya keçirmək tapşırığı gəlib. Tapşırığa uyğun olaraq hər kəssırada öz yerini alıb. HRW və partnyorları tapşırığa uyğun olaraq,“300 siyasi məhbus” siyahısını hazırlayıb təqdim ediblər. Kampaniyaüçün yerli müxalifət partiyalarından “arayış” da alıblar. AXCPadından Əli Kərimli, “Milli Şura” adından Cəmil Həsənli bəyanatyayaraq, “300 məhbus” tezisini dəstəklədiklərini bildiriblər.Növbəti mərhələdə məsələ AŞPA və ABŞ Kongresin müstəvisinəçıxarılıb. Bu nüans Arif Yunusun 10 sentyabrda “Azərbaycan saatı”proqramına verdiyi müsahibədə də öz təsdiqini tapir. Məhbusailələrinə müraciət edərək deyir ki, fərqi yoxdur, ya biuzə yazın,ya da ABŞ səfirliyinə: “Bir kəlmə ilə siyasi məhbus olduğunuzu qeydedin, biz adınızı siyahıya daxil edək, ABŞ da Azərbaycan hökumətinətəzyiq etsin”. Yəni, “300 məhbus” mövzusunda da hər şey ənənəviformada qurulub və davam edir.

Amma ənənəvi kampaniyalarda tətbiq edilən metodlar nə qədərtəkrarlansa da, indiki kampaniyada bəzi fərqli nüanslar mövcuddur.Məsələn, Arif Yunus deyir ki, “bu dəfə siyasi məhbus siyahısındabəzi şəxsləri etnik mənsubiyyətinə görə təsnifatlaşdırmışıq.Onların etnik mənsubiyyətlərinə görə təqib edilib siyasi məhbusaçevrildiklərini yazmışıq”. Şübhə yoxdur ki, bu tezis “ermənişəbəkəsindən” gəlir. Onlar insanların Azərbaycanda etnikmənsubiyyətinə görə təqib edildiyini gündəmə gətirməklə, Bakıdahəbsdə saxlanılan “Qarabağ separatçıları”nın mövzusunuaktuallaşdırırlar. Zatən “erməni məsələsi” AŞPA və ABŞ Kongresiadındından yayılan müraciətlərdə qırmızı xətt kimi keçir.

Məlumat üçün qeyd edək ki, “erməni şəbəkəsi” üzvlərininbeynəlxalq “hüquq müdafiə təşkilatları”nın sıralarına daxil olaraq,orada öz siyasətlərini yeritmələri barədə faktlar çoxdan yayılıb.Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada bilinən faktdır.Məsələn, 2020-ci il yanvarın 14-də "The Wall Street Journal"nəşrində yayımlanan məqalədə “Human Rights Watch" təşkilatının“erməni məsələsinə” yanaşmada yol verdiyi maxinasiyalardan da bəhsedilir. Məqalənin müəllifi, Qüdsdəki "Kohelet Policy Forum"mərkəzinin araşdırmaçısı Yevgeni Kontoroviç yazır ki, “Human RightsWatch" təşkilatının Yaxın Şərq və Şimali Afrika sektorunundirektoru Sara Li Uitson ( Sarah Leah Whitson ) Azərbaycana məxsusolan Dağlıq Qarabağ torpaqlarında Ermənistan tərəfindən aparılanişğalçılıq və məskunlaşma prosesini qətiyyətlə dəstəkləyir” (https://www.wsj.com/articles/a-selective-opponent-of-settlers-11579046287). Yevgeni Kontoroviç öz məqaləsində Uitsonun belə qanunsuzdavranışlarını onun erməni mənşəli ailədə anadan olması, 2018-ciildə Amerika Erməni Milli Komitəsi tərəfindən ələ alınması ilə izahedir.

“Human Rights Watch" qismində təşkilatların idarəçiliyndə SarahLeah Whitsona bənzər şəxslər az deyil. Bu baxımdan onlarınermənipərəst tezisləri canla-başla tirajlamalarının səbəbləriaydındır. Aydın olmayan bir məqam var: Əli Kərimli, Cəmil Həsənlivə Arif Yunus bu kampaniyaya hansı maraqla qoşulublar? Bəlkə indidə hər “siyasi məhbus arayışı”na görə 3000 avro qazanırlar?

Seçilən
21
az.trend.az

1Mənbələr