AZ

MDB tərəfindən Azərbaycana göstərilən hörmət və etimadın təsdiqi



Ölkəmizin MDB-nin fəaliyyətinə verdiyi töhfələr üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir və təqdir olunur. Digər tərəfdən isə respublikamız Ermənistan istisna olmaqla, qurumda təmsil olunan əksər dövlətlərlə yüksəksəviyyəli ikitərəfli münasibətlərə malikdir. Liderlər tez-tez qarşılıqlı səfərlər edərək fəal siyasi dialoq aparırlar və gündəliyin yeni istiqamətlərini müəyyənləşdirirlər. MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi qurumda Azərbaycana göstərilən hörmət və etimadın daha bir təsdiqidir. Laçın xalqımız üçün həm də bir rəmzi məna daşıyır.

Məhəmməd Heydərli
Seçilən
10
newscenter.az

1Mənbələr