AZ

Kiyevdə Hərbi komissarlıq işçilərinin mənzilləri yandırılır

“Dozor” gizli təşkilatının fəalları Ukraynada ərazi çağırış məntəqələrinin (TÇK, hərbi komissarlıqlar-red.) əməkdaşlarına məxsus mənzillərini və ya evlərin qapılarını yandırmağa başlayıblar. Bu barədə xarici KİV hərəkat nümayəndələrinə istinadən məlumat yayıb.

TASS agentliyinin mənbələrindən birinin sözlərinə görə, hədəflər təkcə TÇK əməkdaşlarının mənzillərinin qapıları deyil, həm də müxtəlif ofislər də olub.

"Bizim təşkilatın heç bir məhdudiyyəti yoxdur və Kiyev rejiminin faşist strukturunun fəaliyyətini dayandırmağa yönəlib", - o vurğulayıb. 

Məqalədə qeyd olunub ki, son bir ay ərzində fəallar Ukrayna Silahlı Qüvvələrinin yük maşınlarını və hüquq-mühafizə orqanlarının əməkdaşlarının xidməti maşınlarını da yandırıblar.

Qeyd edək ki, artıq bir ildən çoxdur ki, Ukraynada TÇK məmurlarının avtomobilləri yandırılır.

Tural

Seçilən
58
news365.az

1Mənbələr